top of page
Dr. Anar Məmmədov Əməliyyat

Məmmədov Anar Zahid oğlu 1983-cü il dekabr ayının 26-sı Zəngilan şəhərində anadan olmuşdur.  1987-ci ildə  ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1990-ci ildə Məmməd Rahim adına 7 saylı tam orta məktəbə daxil olmuşdur.  2000-ci ildə  5 saylı Zəngilan şəhər orta məktəbini bitirmişdir.


2000 - ci ildə Azərbaycan Tibb  Universitetinin müalicə işi fakültəsinə qəbul olmuş, 2006-cı ildə isə uğurla bitirmişdir.  2006 -  2007-ci illərdə M.A. Topçubaşov adına Elmi Tədqiqat İnstitutunda cərrahiyə üzrə internatura keçmişdir.  2007-2008-ci illərdə N saylı hərbi hissədə hərbi xidmətini uğurla tamamlamışdır. 2009-2011-ci illərdə Rusiya Federasiyasının Sankt - Peterburq şəhərinin İ. İ. Meçnikov adına Tibb Akademiyasının urologiya kafedrasında tibbi ordinatura keçmişdir. 2011-2013 cü illərdə TC İstanbul Üniversitesi tıp fakültesi ÇAPA hastanesinde urologiya kafedrasında  elmi - praktiki biliklərini artırmışdır.

Daha sonra isə Azərbaycan Respublikasına geri dönmüş və Modern Hospitalda uroloq- androloq olaraq fəaliyyətə başlamışdır. 2020-ci ildə İkinci Qarabağ döyüşlərində könüllü olarak iştirak etmişdir. 2021-ci ildə isə Kəpəz Hospitalın sonsuzluq mərkəzinin və urologiya şöbəsinin rəhbəri təyin edilmişdir.

Haqqında

2022-ci ildə kök hüceyrə üzrə kurs keçmiş və kök hüceyrə mütəxəssisi statusuna layiq görülmüşdür.  Azərbaycan Respublikasında ilk dəfə urologiyada kök hüceyrəni tətbiq etmiş və uğurlu nəticələr əldə etmiştir.  Müxtəlif yerli və xarici asossasiyaların üzvüdür. Müxtəlif elmi və praktiki konfranslarda, o cümlədən  Azərbaycan Urologiya Asossasiyasında ilk dəfə kişi klimaksı (andropoz)  üzrə elmi çıxışla iştirak etmişdir. Azərbaycanda ilk dəfə böyrək apsesi xəstəliyini əməliyyatsız konservativ müalicə ilə xəstənin sağlamlığını bərpa etmişdir.  Azərbaycanda İSSCA cəmiyyətindən ilk uroloq olaraq sertifikat almışdır. 2024-cü ildə "Helios" klinikasına direktor vəzifəsinə təyin olunub.

Dr. Anar Məmmədov Uğurlu Əməliyyat
My Approach
bottom of page